Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışlarına yekun vurulacaq.
Korner.az-ın məlumatına görə, turnirin son günündə 4 çəki dərəcəsində final görüşləri keçirilib.
Azərbaycan yığmasının üzvü Lorenzo Sotomayor da 64 kq çəkidə həlledici matça çıxacaq. Yarımfinalda Almaniyanı təmsil edən erməni rəqibi Artyom Harutyunyanla döyüşən təmsilçimiz yekunda inamlı qələbəyə (3:0) sevinib və finala yüksəlib.
Avropa Oyunlarının qalibi rəqibini mübarizədən kənarlaşdıraraq, boks tariximizdə yeni səhifə açıb. Çünki Olimpiadalarda indiyədək finalçımız olmamışdı.
Lorenzonun həlledici görüşdəki rəqibi özbəkistanlı idmançı Fazliddin Qaybnəzərov olacaq. Dünya və Asiya çempionatının gümüş mükafatçısı ilə “qızıl” uğrunda döyüş saat 22:00-da başlayıb.
İdmançımız finalda özbək rəqibinə uduzaraq gümüş qazanıb.
