big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

Bakının qonaqları və ev sahibi: kimdən nə gözləyək? – YAZI

21.08.2016 , 15:09

Bakıda keçiriləcək Şahmat Olimpiadasının startına 2 həftədən də az vaxt qalır. Artıq mükafatlar uğrunda mübarizə üçün masa arxasına əyləşəcək idmançıların kimliyi də bəllidir. Necə deyərlər, mümkün nəticələri dəyərləndirməyin əsl zamanıdır. Öncə isə kişilərin turnirinə nəzər salaq. Və, əlbəttə ki, 2014-cü ildə Norveçdə keçirilən Olimpiadanın qalibi Çin millisindən başlamaq daha məntiqlidir.

Şərqlilər yenə iddialıdır

İki il əvvəl olduğu kimi, bu dəfə də çinlilərin idman şərəfini birinci masada Van Yue (2737) qoruyacaq. Qrossmeysterin beynəlxalq arenada əldə etdiyi ilk uğurlu nəticəsi kimi onun 12 yaşlılar arasında dünya çempionatındakı qələbəsini göstərmək olar. 30 yaşlı Van üçün Bakı Olimpiadası sayca 7-ci olacaq. Maraqlıdır ki, Çin millisinin tərkibində Van ilk medalını (gümüş) hələ 2006-cı ildə Turində keçirilən 37-ci Olimpiadada qazanıb. Lakin sonrakı cəhdlər uğursuz nəticələnib. Amma Norveçdə hər şey şərqlilərin ürəyincə olub. Daha bir maraqlı fakt: Çin kollektivinə zəfər gətirən turnirdə 1-ci masada mübarizə aparan Van bir dəfə də olsa rəqiblərinə qalib gələ bilməyib. Keçirdiyi 9 görüşün 8-ni sülhlə başa vuran qrossmeyster bir partiyada da məğlubiyyət acısı dadıb. Van Yue ilə yanaşı Bakıya 2 il əvvəl Olimpiya çempionu titulunu qazanan kollektivdən Din Lijen (2755), Yu Yangi (2725) və Vey Yi (2709) də təşrif buyuracaqlar. Bir sözlə, bu dəfə də çinlilər Norveç zəfərini təkrarlamağa iddialıdırlar.

Norveç uğursuzluğunun acısı unutdurulacaqmı?

Bakı turnirnin favoritləri sırasında Rusiya millisi də var. Xüsusən də 2 il öncəki analoji yarışda mükafatçılar sırasına düşməyən və mütəxəssislərin proqnozlarını alt-üst edən şimal qonşularımız bu uğurszuluğun bir təsadüf olduğunu sübut etməyə iddialıdırlar (Norveç Olimpiadasında macarlar və hindistanlılarla eyni xal – 17 – toplayan ruslar yalnız əmsallar göstəricisinə görə bu iki kollektivi irəli buraxaraq mükafatçılar sırasına düşə bilmədilər və 4-cü yerlə kifayətləndilər). Bakıda mübarizə aparacaq kollektiv olduqca güclüdür. Komandanın lideri 14-cü dünya çempionu, Dünya Kubokunun (2013) sahibi, Rusiya yığmasının tərkibində 3 dəfə Şahmat Oplimpiadasının qalibi tituluna (1992, 1994, 1996) yiyələnmiş Vladimir Kramnikdir (2808). Sözsüz ki, bu təcrübəli şahmatçının yalnız titullarını sadalamaq yetərlidir ki, Rusiyanın nə dərəcədə cidii rəqib olduğunu isbat etmiş olaq. Komandanın digər ismləri də –Sergey Karyakin (2769) və Aleksandr Qrişuk (2754) – şahmatsevərlər üçün böyük mətləblərdən xəbər verir. Rusiya şahmatının gücünü məhz Olimpiadalar prizmasından əks etdirən daha bir maraqlı fakt: SSRİ süquta uğradıqdan və keçmiş Sovet respublikaları beynəlxalq arenada müstəqil komandalar kimi çıxış etməyə başladıqdan sonra şimal qonşularımız baş tutan 12 Olimpiadanın 6-da qalib gəliblər, daha 3 turnirdə isə ikinci pilləyə qalxıblar. Düzdür, bu 6 qalibiyyətin sonuncusu 2002-ci ildə reallaşıb. Amma hər halda, rusların potensialı onları Bakı Olimpiadasının favoritlərindən hesab etməyə əsas verir.

Damanı seçib şahmat millisinə zərbə vuran çempion

Bakı Olimpiadasında mükafatlara iddialı olan daha bir kollektiv isə Ukraynadır. İki il öncə Norveçdə analoji turnirdə 2-5-ci yerləri bölüşdürən komandalardan cəmi 1 xal geri qalaraq 6-cı olan keçmiş həmyerlilərimiz, yarışa kifayət qədər samballı şahmatçılarla qatılırlar.  İki dəfə Ümumdünya Şahmat Olimpiadasının qalibi (2004 və 2010) olan ukraynalılar Bakıda üçqat Olimpiya çempionu tituluna yiyələnsələr, bununla heç kimi təəccübləndirməyəcəklər. Ukraynalıların hər iki Olimpiada zəfərində heyətdə yer alan Pavel Elyanov (2737) və FİDE versiyası üzrə ən gənc dünya çempionu Ruslan Ponomaryov (2709), sözsüz ki, komandanın aparıcı simalarıdır.  Amma… Əlbəttə ki, ukraynalılar daha güclü heyətlə Bakıya gələ bilərdilər. Əgər hələ SSRİ komandasının tərkibində İkinci dünya çempionatının qalibi tituluna yiyələnmiş, Ukrayna bayrağı altında isə Beşinci analoji turnirin qalibi Vasiliy İvançuk Olimpiadada ukraynalılara yardım etməkdən boyun qaçırmasaydı. Ancaq iki dəfə SSRİ (1988 və 1990) və iki dəfə Ukrayna yığmasının heyətində (2004 və 2010) Ümumdünya Şahmat Olimpiadalrında zirvəni fəth edən İvançuk 2010-cu ildən etibarən dama ilə maraqlanmağa başlayıb. Elə Bakıya gəlməməsinin səbəbi də, məhz damadır: sentyabrın 5-10-u arasında Polşanın Karpaçe şəhərində bu idman növü üzrə beynəlxalq yarış keçiriləcək və iştirakçılar arasında İvançukun da adına rast gəlmək olar. Amma, hətta İvançukun yoxluğunda, Ukrayna ən azından mükafatçılar sırasında yer almağa tam potensiala malikdir.

Macarlar güclü olsa da…

Sonuncu Şahmat Olimpiadasında gümüş medallara sahib olan Macarıstan komandasından da Bakıda parlaq çıxış gözlənilir. Maraqlı bir fakt: 1929-ci ildə Londonda təşkil edilən ilk Şahmat Olimpiadasının qalibi məhz macarlar olublar. Amma real imkanları dəyərləndirərək söyləmək olar ki, macar şahmatının son 20 ildə ərsəyə gətirdiyi ən parlaq simanın (əlbəttə ki, Polqar bacıları istisna olmaqla, söhbət kişilərdən gedir), müasir şahmat aləmində aparıcı nəzəriyyə ustalarından olan – Peter Lekonun Bakıya gəlməməsi komandanın potensialını xeyli zəiflədib. Eyni zamanda adəti üzrə kişilər arasında keçirilən turnirlərdə mübarizə aparan Yudit Polqarın da heyətdən kənar qalması macarların işini müşkülə salacaq amillərdəndir. Amma hər halda birinci masada çıxış edən Rixard Rapport (2752) və reytinq göstəricisinə görə ikinci olan Zoltan Almaşinin (2684) oyunları alınsa, Macarıstan bir çox kollektivlər üçün keçilməz səddə çevrilə bilər.

A-ZƏR-BAY-CAN!!!

Və, sonda, əlbəttə ki, Azərbaycan! Bakı turnirində ölkəmizi 3 kollektiv təmsil edəcəksə də, sözsüz ki, diqqətimiz əsas komandayadır. İki il öncə Olimpiadanın mükafatlarının bir addımlığında dayanan həmyerlilərimiz bu dəfə daha şanslı olmağa qərarlıdırlar. Bunun üçün bütün obyektiv və subyektiv şərtlər də tam yerindədir: həm heyətin əsası qorunub (Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli və Rauf Məmmədov Norveç Olimpiadasında olduğu kimi bu dəfə də Azərbaycanın bayrağı altında bir araya gəliblər), həm də doğma şəhər amili cüzi də olsa şahmatçılarımıza yardım etməlidir. Eyni zamanda bir ilkə imza atmaq – Olimpiada mükafatlarından birini qazanmaq perspektivi şahmatçılarımıza əlavə stimul verməlidir. İdmanın siyasətdən uzaq olduğu nə qədər təkrarlansa da, siyasi hadisələrin təsirindən qurtulmaq çətindir. Bu baxımdan da indiyə qədər 3 Olimpiadada qalib gələn, 2 dəfə isə bürünc qazanan ermənilərin fonunda şahmatımız bir qədər qənaətbəxş görünmür. Bu xoşagəlməz statistik göstəriciləri cüzi də olsa müsbətə tərəf dəyişmək zamanı artıq yetişib. Ümid edirik ki, Bakıda arzularımız çin olacaq!

P.S. Nəzər saldığımız kollektivlərdən savayı ABŞ, İsrail, Hindistan, Kuba da mükafatlar uğrunda mübarizəyə qoşula bilərlər. Amma turnir cədvəlinin tam dəqiq vəziyyəti Olimpiadanın son turundan sonra bəlli olacaq. Ümidlərimiz haqqında isə artıq söz açdıq…

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyəlləşdirilir 

Son yazılar

To Top