“Qarabağ”dan ayrılan futbolçu 4-cü liqa klubunda
05.10.2020 , 18:13

“Qarabağ”dan ayrılan Miçel Maderanın yeni klubu müəyyənləşib.
Korner.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ölkəsinin “Marino” komandasına keçib.
35 yaşlı oyunçu 4-cü liqa təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Miçel 2015-2020-ci illərdə “Qarabağ”da çıxış edib.
