"Qarabağ" klubu əməkdaşlıq etdiyi Azərbaycan Sənaye Bank"ıyla daha bir layihəyə start verib. Korner.az-ın klubun rəsmi saytına istinadən xəbər verir ki, bankın yeni xidmət növü olan "Extra card" məhsulu "Qarabağ"ın texniki və futbolçu heyətinə təqdim edilib. Alış-verişlərini sürətləndirəcək və rahatlaşdıracaq olan bu plastik kartlar ilk olaraq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova təqdim edilib. Ardınca isə "Qarabağ"ın futbolçularına plastik kartlar təqdim edilib, onların istifadə qaydası və yararlılığı haqqında məlumat verilib.