Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Korner.az-ın məlumatına görə, “Qarabağ” Polşada “Pyast”ın qonağı olacaq.
Bakıdakı ilk görüşdə Qlivitse təmsilçisini 2:1 yenən Ağdam təmsilçisi mərhələyə keçmək şansı rəqibinə nisbətən üstündür. Oyun Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
Qeyd edək ki, “Qarabağ”ın mərhələni keçəcəyi təqdirdə “Anortosis” (Kipr) – “Gefle” (İsveç) cütünün qalibi ilə qarşılaşacaq.
Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları
25 iyul
20:30.”Piast” (Polşa) – “Qarabağ” (Azərbaycan) 2:2
Qol: Matras,29, Robak, 36// Corc Leroy, 8
İlk oyun (1:2), Kapolonqo, 108 (2:2)
Baş hakim: Stanislav Todorov
