“Qarabağ” xal ehtiyatımızı artırdı
13.12.2019 , 11:23

“Qarabağ”ın ötən gün “Dudelanj”la etdiyi heç-heçədən sonra Azərbaycanın UEFA-dakı reytinqinə növbəti xallar əlavə olunub.
Korner.az-ın məlumatına görə, “köhlən atlar”ın Lüksemburq klubu ilə bərabərə qalması (1:1) ölkəmizin aktivinə 0,250 xal yazdırıb.
Qurban Qurbanovun yetirmələri dünənki matçda qalib gəlsəydi, Azərbaycan reytinqdə bir pillə irəliləyəcəkdi. Ölkəmiz cari mövsümü 3,375 əmsalla tamamlayıb.
