“Qarabağ” “Qəbələ” ilə oyuna tam heyətlə çıxmayacaq.
Korner.az-ın məlumatına görə, Premyer Liqanın XXVIII turunda baş tutacaq oyunda Qurban Qurbanov Vüqar Nadirovun xidmətindən yararlana bilməyəcək.
Buna səbəb futbolçunun cəzalı duruma düşməsidi. “Sumqayıt”la matçın 55-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan milli üzvü sarı vərəqə limitini doldurub. Bu səbəbdən Nadirov “Neftçi” matçını buraxmalı olacaq.
Qeyd edək ki, Vüqar bundan əvvəl “Qəbələ” (IV tur), AZAL (V) və “Xəzər Lənkəran”la (XXIX) oyunlarda “sarı” almışdı.
