“Qarabağ” mövsümlərarası fasilədə dördüncü transferini gerçəkləşdirməyə yaxındır.
Korner.az-ın məlumatına görə, bu haqda klubun “facebook” səhifəsinə klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.
O, Yunanıstan “Olimpiakos”unun yarımmüdafiəçisi Çumbinyo ilə danışıqlar apardıqlarını və braziliyalı futbolçu üçün onun müqavilə ilə məxsus olduğu kluba təklif göndərdiklərini deyib.
“Hazırda danışıqlar son mərhələyə qədəm qoyub. Danışıqlar müsbət həll olunmaq üzrədir” – deyə o vurğulayıb.
Qeyd edək ki, 26 yaşlı tam adı Marinaldo Cícero da Silva olan futbolçu son mövsümü icarə qaydasında Yunanıstanın “Atromitos” komandasında oynayıb, meydana çıxdığı 29 matçda 2 qol vurub.
