“Qarabağ” “Sumqayıt”a qalib gəldi
25.02.2024 , 20:55

Bu gün Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulubX
Korner.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.
İlk oyunda “Araz-Naxçıvan” “Zirə”ni qəbul edib və 0:3 hesabı ilə məğlub olub.
Günün digər matçında isə “Qarabağ” “Sumqayıt”la üz-üzə gəlib. Görüş Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə bitib.
Azərbaycan Premyer Liqası
XXIV tur
25 fevral
16:30 Araz-Naxçıvan – Zirə – 0:3
Baş hakim: Rauf Allahverdiyev
“Liv Bonadea Arena”
19:00 Qarabağ – Sumqayıt – 2:0
Baş hakim: Nicat İsmayıllı
Tofiq Bəhramov adına Respublika stadionu
