Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama oyununu keçirib
Qurban Qurbanovun yetirmələri Rusiyanın “Kuban” klubu ilə qarşılaşıb.
Matçda qalib müəyyənləşməyib. Hərəyə iki dəfə fərqlənən tərəflər meydandan sülhlə ayrılıblar.
Yoxlama oyunu
17 yanvar
“Qarabağ” (Azərbaycan) – “Kuban” (Rusiya) – 2:2
Qollar: Əfran İsmayılov, 50, Zaur Fərzəliyev, 68
Start heyəti: İbrahim Şehiç, Rəşad Sadıqov, Jakub Jezniçak, Maksim Medvedev, Donald Gerye, Kərim Diniyev, Riçard Almeyda, Mahir Mədətov, Miçel, Pedro Enrike, Dani Kintana