Qadın voleybolçulardan ibarət Azərbaycan millisi ciddi itki ilə üzləşib
Yığmamızın blokçusu Ayşən Abduləzimova komandasından ayrı düşüb.
ABF-ə məxsus oyunçu bu gün “Acibadem Fulya Hastanesi”ndə sağ çiynindən əməliyyat olunub.
Abduləzimova həkimi Sarper Çətinkaya bildirib ki, cərrahiyyə əməliyyatı uğurlu alınıb və voleybolçumuz 5-6 ay sonra meydana qayıda biləcək.
