Premyerliqanın XVIII
turunda “İnter”i qəbul edəcək “Qarabağ” mərkəzi arenada məşqə çıxıb.
Koner.az-ın məlumatına
görə, son tur “Bakı”yla
qarşılaşan komanda vaxt itirmədən ilin son matçının hazırlıqlarına başladı.
Sonuncu qarşılaşmada müxtəlif
səbəblərdən iştirak etməyən Rəşad Sadıqov, Riçard Almeyda, Reynaldo da
komandamızın hazırlığında iştirak ediblər.
Qeyd edək ki, `Qarabağ` –
`İnter` qarşılaşması cümə günü, dekabrın
20-də saat 17:00-da keçiriləcək.
