UEFA Avropa Liqasının qrup mərhələsinin ilk matçları çərçivəsində “Qarabağ” Çexiya təmsilçisi “Slovan”la oyunun keçiriləcəyi stadion məlum olub.
Korner.az-ın məlumatına görə, qarşılaşma “Dalğa Arena”da baş tutacaq.
Qeyd edək ki, bir neçə gün öncə UEFA-dan ölkəmizə göndərilən nümayəndə heyətinin rəyindən sonra bu qərar verilib.
Qarşılaşma 15 sentyabr saat 19:00-da start götürəcək. (klub saytı)
