Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – “Seltik” matçına bilet satışı davam edir.
Korner.az-ın məlumatına görə, sabah keçiriləcək oyun üçün artıq 28 min bilet satılıb. Bu gün gün sonuna kimi digər 2 min biletin satılıb qurtarması gözlənilir.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Seltik” matçı saat 21:30-da başlayacaq.
