Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Samtredia” (Gürcüstan) oyunu canlı yayımlanacaq.
Korner.az-ın Ağdam klubunun saytına istinadən yaydığı xəbərə görə, matç İdman Azərbaycan” telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma iyulun 11-i saat 21:00-da başlayacaq.