“Qarabağ” “Sabah”a qalib gəldi
22.08.2020 , 21:56
Azərbaycan Premyer Liqasında I turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, bu gün daha bir matç keçirilib.
İkinci oyun günündə “Qarabağ” “Sabah”ı qəbul edib. “Azersun Arena”da baş tutan görüşdə Ağdam təmsilçisi qalib gəlib – 2:0.
İlk tura sabah keçiriləcək “Qəbələ” – “Zirə” oyunu ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
I tur
22 avqust (şənbə)
20:00. “Qarabağ” – “Sabah” – 2:0
Qol: Mahir Emreli, 45, 68
“Azersun Arena”