Dünən Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçirilən "Qarabağ" – "Pyast" (2:1) qarşılaşması qonaqlar üçün bir neçə maraqlı məqamla yadda qalıb.
Korner.az-ın məlumatına görə, bu məqamlardan birincisi dünənki matçın "Pyast"ın avrokuboklardakı ilk oyunu kimi tarixə düşdü.
Digər fakt isə polyakların elə debüt oyunundaca Avropa kuboklarındakı ilk qolu vurmalarıdı. Qolun müəllifi isə Marçin Robak oldu. Nəhayət, daha bir maraqlı məqam "Pyast"ın tarixi ərzində ən uzunməsafəli səfərini məhz Bakıya etməsidi.
