Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün keçiriləcək “Qarabağ” – “İnter” matçının bütün biletləri satılıb.
Bunu Korner.az-a açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.
İbrahimov bildirib ki, dünən günün sonunda ən aşağı sıralara satılmayan 200-300 bilet qalmışdı ki, onlar da bu gün alınıb.
Qeyd edək ki, adi biletlərin qiyməti 1-10 manat, VİP biletlərin qiyməti isə 50 manat idi.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “İnter” qarşılaşması saat 21:00-da başlayacaq.
