Belarus yığmasının yeni baş məşqçisi Aleksandr Xatskeviçin alacağı maaş açıqlanıb.
Korner.az-ın tribuna.com-a istinadən məlumatına görə, belorus çalışdırıcının aylıq maaşı 20 min dollar olacaq.
Bu isə onun illik gəlirinin 240 min olacağı deməkdir.
Qeyd edək ki, müqaviləyə əsasən, 41 yaşlı çalışdırıcı 2017-ci ilin noyabrına dək bu postda çalışacaq.
Aşağıdakı cədvəldə Belarus yığmasını çalışdırmış məşqçilərin aylıq maaşları göstərilib.
Qeyd edək ki, bugünlərdə Azərbaycan millisinin baş məşqçi postuna gətirilən Robert Prosineçkinin illik qazancının 1.2 milyon avro olacağı açıqlanmışdı.
