Topaz Premyer Liqasının 21-ci turunda “Rəvan”la qarşılaşacaq “Qarabağ” hazırlıqlarını başa vurub.
Korner.az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, Branimir Subaşiçin “Rəvan”la oyunu buraxacağı dəqiqləşib. Kristian Torres də hələ tam hazır deyil.
Qeyd edək ki, “Rəvan”-“Qarabağ” oyunu sabah saat 15:00-da “Bayıl Arena”da keçiriləcək.