“Qarabağ” bu gün gedir
15.02.2022 , 11:48

Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Olimpik Marsel”in qonağı olacaq “Qarabağ” bu gün Fransaya yollanacaq.
Korner.az klubun saytına istinadən xəbər verir ki, komandanı Marsel şəhərinə aparacaq təyyarə saat 16:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
Baş məşqçi Qurban Qurbanov fevralın 16-da yerli vaxtla 18:40-da (Bakı vaxtı ilə 21:40) mətbuat konfransında iştirak edəcək. Media nümayəndələrinə açıq məşq isə yerli vaxt ilə 19:00-da (Bakı vaxtı ilə 22:00) matçın oynanılacağı “Velodrom” stadionunda baş tutacaq.
“Marsel” – “Qarabağ” qa avqustun 26-da “Velodrom” stadionunda Bakı vaxtı ilə 22:45-də keçiriləcək.
