“Qarabağ” Avropa Klubları Assosiasiyasına üzv olmağa hazırlaşır.
Korner.az-ın “Report”a istinadən verdiyi məlumata görə, bu barədə klubun direktoru Əmrah Çəlikəl məlumat verib.
Ə.Çəlikəlin sözlərinə görə, artıq bununla bağlı işlərə başlanılıb. Klub rəsmisi yaxın vaxtlarda adı çəkilən quruma üzvlük üçün müraciət edəcəklərini bildirib. O, qurumun növbəti iclasında məsələsinin həllini tapacağına ümidvar olduğunu bildirib.
Qeyd edək ki, hazırda Azərbaycanın 4 klubu – “Neftçi”, “Bakı”, AZAL və “Xəzər Lənkəran” ECA üzvüdür. “Neftçi” isə fövqəladə üzv statusuna malikdir.