Təlim-məşq toplanışı üçün Türkiyəyə yollanan "Qarabağ" artıq Antalyaya çatıb.
Korner.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən məlumata görə, Ağdam klubu Antalyada 21 gün təlim-məşq toplanışı keçəcək.
Fevralın 1-də Bakıya qayıdacaq Qurban Qurbanovun yetirmələri qardaş ölkədə 6 yoxlama görüşündə qüvvəsini sınayacaq.