Təlim-məşq toplanışı üçün Antalyaya yollanan "Qarabağ" klubu Türkiyədə ilk məşqinə çıxıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, qış təlim-məşq toplanışına bu gün start verən "Qarabağ" məşqə yerli vaxtla 11:00-da çıxıb.
Hazırlıqda "Qarabağ"ın bütün futbolçuları iştirak edib. Sadəcə baş məşqçidən icazə alan Riçard Almeyda təlim-məşq toplanışına 2 gün sonra qoşulacaq.
Hazırlıq öncəsi Qurban Qurbanov futbolçularla qısa söhbət edib. Q.Qurbanov təlim-məşq toplanışından yaxşı yararlanmağın vacibliyini vurğulayaraq hər bir futbolçudan maksimum çalışma əzmini gözlədiyini ifadə edib.
"Qarabağ"ın səhər çalışması bir saat çəkib. Yüngül qaçışın ardından isinmə hərəkətləri edən komanda "kvadrat" oynamaqla kifayətlənib.
Qeyd edək ki, "Qarabağ"ın ikinci məşqi yeri vaxtla 17:00-a nəzərdə tutulub.