U-19 yığmanın baş məşqçisi Arif Əsədov Qarabağın 3 futbolçusunu toplanışa çağırıb.
Korner.az-ın məlumatına görə, komandanın bir futboçusu Fuad Məmmədzadə ayın 21-dən millinin heyətindədir. Tural Rzayev və Bilal Abbaszadə bu gün Ankaradan, “Qarabağ”ın düşərgəsindən millinin Avstriyadakı düşərgəsinə yollanıblar.
Qeyd edək ki, Tural Rzayev və Bilal Abbaszadə dünən “Mordoviya”ya qarşı yoldaşlıq oyununda meydanda olublar. İkinci yarıda meydana daxil olan futbolçular 45 dəqiqə Rusiya təmsilçisinə qarşı oynayıblar.
19 yaşlılardan ibarət Azərbaycan milli komandası iyunun 23-dən iyulun 1-nədək Avstriyada təlim-məşq toplanışında olacaq.