“Qarabağ” 10 pillə irəlilədi
11.06.2022 , 15:10
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin may ayı üçün reytinq siyahısını açıqlayıb.
Korner.az qurumun saytına istinadən xəbər verir ki, cədvəldə Azərbaycandan 2 klub – “Qarabağ” və “Neftçi” yer alıb. 141,5 xalı olan Ağdam təmsilçisi ötən reytinqlə müqayisədə 10 pillə irəliləyərək 89-cu pillədə qərarlaşıb. “Neftçi” isə 14 pillə gerilələyib. Komanda 81 xalla 235-ci yerdə qərarlaşıb.
Siyahının ilk 3 pilləsində də dəyişiklik olub. “Palmeyras” (Braziliya) 310 xalla 1-ci pilləyə yüksəlib. “Liverpul” (İngiltərə, 291) 2-ci, “Flamenqo” (Braziliya, 287) 2-ci pillədə qərarlaşıb.