Müqavilənin maddi tərəfinin dəqiqləşdirilməsi bir neçə həftədi davam edən Aleksis Telles “Qalatasaray”la, nəhayət, ortaq məxrəcə gələ bilib.
Korner.az-ın məlumatına görə, braziliyalı futbolçunun istədiyi məbləği klub başqanı Ünal Aysal şəxsi vəsaiti hesabına ödəməyi öhdəsinə götürüb.
Tellesin sabah Bakı vaxtı ilə 23.00-da İstanbulda olacağı iddia olunur.