“Qalatasaray”ın Yunus qərarı
03.07.2024 , 16:45
“Qalatasaray”a qayıdan Yunus Akgün üçün yeni talib çıxıb.
Korner.az xəbər verir ki, ötən mövsümü icarə əsasında “Lester Siti”də keçirən Yunus Akgünün meneceri kluba 10 milyon avro təklif edə biləcəyini bildirib.
İstanbul nəhəngi isə 23 yaşlı futbolçu üçün gələn təklifi rədd edib.
Yunus Akgün ötən mövsüm “Lester Siti”də 29 matçda çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.