“Qalatasaray”ın yeni hücumçu hədəfi
21.06.2023 , 11:10
“Qalatasaray” hücumçu axtarışlarını davam etdirir.
Korner.az xəbər verir ki, “sarı-qırmızılar”ın bu dəfə hədəfinə “Vulverhempton”da icarə əsasında çıxış edən 20 yaşlı portuqaliyalı hücumçu Fabio Silva düşüb.
İngiltərə mətbuatının xəbərinə görə, futbolçunu “Ayaks”, “Sevilya”, “Roma” və “Milan” kimi klubların da istədiyi bildirilir.
Fabio Silva ötən mövsüm PSV-nin heyətində 19 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.
Mina Musayeva