“Qalatasaray” qış fasiləsində üçüncü transferini həll edib.
Korner.az-ın məlumatına görə, Braziliya “Qremio”sundan Aleks Tellesin, İsveçrənin “Qrashoppers” klubundan İzet Hayrovicin transferini həll edən “Cim-Bom” “Kayserispor”dan Salih Dursunun keçidini razılaşdırıb.
Bu barədə Kayseri klubunun baş meneceri Süleyman Hurma açıqlama verib. “Salihi “Qalatasaray”a verdik” deyən klub rəsmisi ətraflı məlumat verilməyib.