“Qalatasaray” “Beşiktaş”da icarə əsasında oynayan Gökhan Törəylə maraqlanır.
Korner.az-ın məlumatına görə, “Rubin” klubuna məxsus olan futbolçu üçün “qara qartallar” may ayına qədər 7.5 milyon avronu ödəməsələr, “Cim Bom” futbolçunu heyətinə qatmaq üçün təmaslara başlayacaq.
Qeyd edək ki, futbolçu “Beşiktaş”da qalmaq istəyir, ancaq sön sözü klublar deyəcək.
