"Qalatasaray" Rusiya Premyer Liqasında mübarizə aparan "Alaniya"yla "qardaş klub" müqaviləsi imzalayıb.
Korner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, anlaşmada futbolçu, "altyapı", yoxlama oyunları kimi məsələlərdə işbirliyinin yaradılması nəzərdə tutulub.
Sözləşmə bu gün "Florya Metin Oktay Təsisləri"ndə imzalanıb. Anlaşmaya "Alaniya"nın prezidenti Valeri Qazzayev və "Qalatasaray"ın başqan yardımçısı Adnan Öztürk imza atıb.