“Qalatasaray” artıq indidən transfer çalışmalarına start verib.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Droqbanın mövsüm sonunda böyük ehtimalla komandadan ayrılacağına nəzər alan “Cim Bom” rəhbərliyi bu boşluğu başqa bir ulduz Olivye Jiruyla doldurmaq istəyir.
“Arsenal”ın fransız ulduzu ötən gün restoranların birində “Qalatasaray”ın menecerlərindən olan Muzzi Özcanla görüşərkən görüntülənib.
Qeyd edək ki, Mançinin “Qalatasaray”a keçidində də Muzzi Özcanın böyük rolu lub.