Türkiyə Super Liqasında mübarizə aparan “Qalatasaray” gələn mövsüm üçün transfer çalışmalarını davam etdirir.
Korner.az-ın məlumatına görə, “Cim Bom” sol cinah müdafiəsi üçün Fabio Koentraonun transferində israrlıdı. Portuqaliyalı oyunçunun “Real”la (Madrid) müqaviləsi 2019-cu ilə qədərdi.
İstanbul təmsilçisi sağ cinah müdafiəsi üçün isə Pablo Zabaletanı heyətə cəlb etmək istəyir. Futbolçunun mövsümün sonunda “Mançester Siti”dən ayrılacağı bildirilir.