“Qalatasaray” ilk yay transferini reallaşdırıb.
Korner.az-ın məlumatına görə, “Cim-Bom” Fransa “Lill”indən Şedju ilə danışıqlara yekun vurub. Bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, 28 yaşlı kamerunlu futbolçunun transfer dəyəri 6.5 milyonla razılaşdırılıb. Bundan başqa Şedjuya 2,2 milyon avro məvacib alacaq. 4 illik müqavilə imzalayacaq müdafiəçi hər oyuna görə 10 min avro da əlavə qazanc götürəcək.
