Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin son 2 qarşılaşması keçiriləcək.
Korner.az-ın məlumatına görə, qardaş ölkə təmsilçisi “Qalatasaray” doğma meydandan İngiltərə nəhngi “Çelsi”ni qəbul edəcək. Bu gün keçieiləcək qarşılaşmada klublar bu heyətlə mübarizə aparacaqlar:
Fernando Muslera, Şedju, Semih Kaya, Emanuel Eboue, Aleks Telles, Felipe Melo, Ceyhun Gülselam, Selçuk İnan, Uesli Sneijder, Burak Yılmaz və Didye Drogbanın start heyətində meydana çıxacaqları gözlənilir. “Çelsi”də isə Petr Çex, Con Terry, Cahill, İvanovic, Azpilikueta, Ramires, David Luiz, Andre Şürle, Uillian, Edin Hazard və Fernando Torres.
Qeyd edək ki, oyun bu gecə saat 23:45-də start götürəcək.