“Qalatasaray” Bakıya bu heyətlə gəlir – SİYAHI
13.09.2020 , 20:28
Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Qalatasaray” iştirak ərizəsini UEFA-ya göndərib.
Korner.az xəbər verir ki, baş məşqiçi Fatih Terim siyahıya 23 futbolçunun adını daxil edib.
Zədəli Fernando Muslera, Ahmet Çalık, Emre Taşdemir, Valentin Ozornvafor, Emre Akbaba, həmçinin yeni transferlər Kerem Aktürkoğlu və Oğulcan Çağlayan Bakıya gətirilməyəcək.
Qapıçılar: Okan Kocuk, Fatih Öztürk
Müdafiəçilər: Şener Özbayraklı, Omar Elabdellaui, Martin Linnes, Rayan Donk, Kristian Luyindama, Marselo Saraççi, Markao
Yarımmüdafiəçilər: Ömer Bayram, Taylan Antalyalı, Yunes Belhanda, Oqenekaro Etebo, Cimmi Durmaz, Emre Kılınç, Sofian Fequli, Rayan Babel, Yunus Akgün, Arda Turan, Jesse Sekidika
Hücumçular:Radamel Falkao, Ali Yavuz Kol, Mbaye Dian
Sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” matçı saat 20:00-da başlayacaq.