Futbol üzrə qadınlardan ibarət milli komandalar arasında təşkil olunan dünya çempionatı başa çatıb.
Korner.az-ın məlumatına görə, ABŞ yığması finalda yaponları 5:2 hesabı ilə peşman edərək üçüncü dəfə dünya çempionu adına sahib çıxıb.
Bu, qadın futbolu tarixində rekord göstəricidir. Almanların 2 dünya çempionluğu var.
Qeyd edək ki, DÇ-2015-in üçüncü yer uğrunda matçında ingilislər almanları penaltilər seriyasında üstələmişdi.
