Moskva "Likomotiv"inin hücumçusu Umar Nyasse karyerasını "Qalatasaray"da davam etdirəcək.
Korner.az-ın Türkiyənin "Sabah" qəzetinə istinadən məlumatına görə, 25 yaşlı seneqallı futbolçu növbəti mövsümü icarə əsasında "sarı-qırmızılılar"ın heyətində keçirəcək.
O, icarədə olduğu bir il ərzində 800 min avro qazanacaq.
Qeyd edək ki, Nyasse "Lokomotiv"ə 2014-cü ilin yayında transfer olunub. O, Moskva klubunun forması ilə 19 oyunda meydana çıxıb və 6 qol vurub.
