big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Acından günorta duranlar – YAZI

06.07.2015 , 11:04

Azərbaycan futbolunda jurnalist/azarkeş/mütəxəssis olmaq həm çətin, həm də əyləncəlidir. Bir məsələdən başın qaldırmağa macal tapmamış, ikinci problem ortaya çıxır. Yəni, bu sahə ilə uzaqdan-yaxından əlaqən varsa, çempionatların tətil olduğu günlərdə belə, darıxmağa imkan tapmayacaqsan, buna əmin ol. Elə biz də klublarımızın  Avroliqanın I təsnifat mərhələsindəki biabırçı, ürək dağlayan nəticələrini işıqlandırmağa, tənqid etməyə macal tapmamışdıq ki, futbol ictimaiyyətinə yeni bomba düşdü. Yəqin ki, bir çoxunuz məsələnin məğzindən xəbərdarsız, biməyənlər üçün də qısaca qeyd edək.  Əvvəla olaraq, dəyərli vaxtınızdan bir neçə saniyə ayırıb, aşağıdakı fotoya diqqətlə baxmanızı xahiş edirəm. 

 
Dostlar, bu foto Afrika savannalarından birində və ya baxımsız qalmış çöllü-biyabanda yox, paytaxtımızın göbəyində, daha dəqiqi “Bakı”nın bazasında çəkilib. Bəli,bəli bir vaxtlar Azərbaycan çempionatının iddialılarından hesab olunan, indi isə dadı gedib adı qalmış bədbəxt “Bakı”nın! Axı bir vaxtlar ölkə çempionu olmuş, “Bazel”, “Atletiko Madrid” kimi klubları ölkəmizə gətirən, Avropanı başdan-başa “Land of fire Azerbaijan” reklamları ilə bəzəyən kluba nə oldu ki, bu günə düşdü,”bir həsir, bir Məmmədnəsir” qaldı?  Zəlzələ oldu, ildırım düşdü ya vulkan püskürdü? Bir vaxtlar əcnəbilərin qarşısına yüzminlər tökən klubun, ölkənin ən böyük bazalarından birinin, cəmi 3 il əvvəl dövlət başçısının da ziyarət etdiyi yerin bu günə düşməsi, böyük ehtimalla, mənim kimi sizi də şoka saldı. Əslində,  bu maliyyə problemini yaradan da elə həmin “bir vaxtlar”da  qarnı tox, gözü acların öz “şərəfli” missiyalarını layiqincə yerinə yetirməsinin nəticəsi idi.  “Bakı” gərək 5 il öncə biabırçı səhv üzündən “Buduçnost”la qarşılaşmada haqlı qələbəsi əlindən alınanda bu cür “altıncı barmaq”lardan qurtulaydı. Amma bacarmadılar. Görmədilər, bilmədilər paytaxt klubuna “avro çeşməsi” kimi yanaşanların, pulun parıltısı itən kimi “Hafiz müəllim”i “Hafka”ya çevirəcəklərini.  Artıq bundan sonra nə qədər yaxınsaq da, paytaxtın eyniadlı komandasını bu hala salanları nə lənətləsək də faydasızdır.

Sözün açığı, Azərbaycan da bir klubun, bazasının bu vəziyyəti bizim üçün yeni deyil. Yoldaşlar, bu nə ilkdir nə də son.  Yaxın tarixə boylansaq: “Kəpəz”, Turan”,”MKT Araz”, “Abşeron”, “Muğan”, “Karvan” və s. Kimi klublarında oxşar vəziyyətlə üzləşdiyini görərik.  Əlbəttə,  klublarımız öz “sələfləri”nin düşdüyü vəziyyətə baxıb, dərs almadıqca onların “xələfləri” vəzifəsini daşımağa məcburdurlar. Nə vaxta kimi mənşəyi məlum olmayan əcnəbiləri dünyanın dörd bir tərəfindən yığıb, başına milyonları tökəcəksiniz? Düz-əməlli akademiya qura bilməyən, ad olsun deyə uşaq komandaları yaradan, uşaq futboluna  “barmaqarası baxanlar” nə vaxta kimi çətin vəziyyətə düşəndə , biz “gəncləşdirmə siyasəti aparırıq” kimi ucuz bəhanənin  arxasında gizlənəcəksiz? Olmazdı ki, mətbuatın, azarkeşlərin məsləhətlərini ucuz tənqid qəbul etmək əvəzinə, problemi anlayıb, onu həll etməyə çalışaydız?  Yox, olmazdı! Ən yaxşısını, düzünü siz bilirsiz axı. Onların prinsipləri bizim həqiqətlərimizdən üstündür. Elə düşünürsüz ki, bundan sonra vəziyyət düzələcək? Yenə, yox! Daima iddialılardan olmuş “İnter” faktiki dağılmaq həddinə çatıb, komandanı bütün aparıcı futbolçuları və məşqçilər heyəti tərk edib, klub hələ bu mövsüm üçün, təlim-məşq toplanışına yollanmayıb, eyni sözləri baxımlı oyunu sıravi azarkeşlərin sevimlisinə çevrilmiş “Simurq”a da aid edə bilərik. Futbol ictimaiyyəti “İnter”in əvəzinə Avroliqaya AZAL-ı göndərməyin mümkünlüyünü müzakirə edirdi ki, bu dəfə qarpız “təyyarəçilər”in başında çartladı. Xəbər tutduq ki, ey dadi bidad klubun əcnəbilərə xeyli dərəcədə borcu var və klub buna görə də sanksiyalardan qurtulmaq üçün  adını dəyişib “Şüvəlan” qoymaq niyyətindədir. Eləcə də komanda bütün legioner futbolçulardan imtina edib yalnız gənclərə güvənməyi planlaşdırır. Bu hələ harasıdır? “Xəzər Lənkəran”da maliyyə problemlərinin baş qaldırdığı hələ dekabrdam bəlli idi, bir çox məşhur şəxsləri Lənkərana gəlməyə məcbur edən, Eliasa 1 milyon avro ödəyən klubdan əsər- əlamət qalmayıb.  “Neftçi”nin də problemləri diz boyu qədərdir. Komanda yalnız  Avroliqanın I təsnifat mərhələsinə cəmi 2 həftə qalmış Avstriyaya yollana bilib. Sizdən xahiş edirəm: açın, baxın “Neftçi”nin UEFA-ya göndərdiyi sifariş ərizəsinə, neçə sanballı futbolçunun adı nəzərə çarpır? Yalnız müəyyən mənada Araz Abdullayevi istisna etsək, demək olar ki, komandada ideal formada olan futbolçu yoxdur. Ümid yerimiz “Qarabağ” isə bu proseslərdən sonra qənaət siyasəti aparmağa məcbur olub. Ədalət naminə, bunun düzgün olduğunu və dəstəklədiyimi bildirim. Amma bəzi lazımi gücləndirilmələrin aparılması mütləqdir axı.  Maliyyə cəhətdən vəziyyəti normal yeganə klub “Qəbələ”dir ki, o da ötən həftə “Dinamo” Tbilisi qarşısında çox aciz idi. Deyəsən, "peraşki dövrü" artıq geri qayıtmaq üzrədir…

P.S. İzninizlə bir az “nostradamusluq” etmək eşqinə düşmüşəm. Baxın, indidən gələn mövsüm avrokuboklara yollanacaq komandaların adlarını açıqlaya bilərəm, yazın bir yerə: “Qarabağ”, “Qəbələ”, “Xəzər Lənkəran” və “Neftçi”. Acınacaqlı mənzərədir, deyilmi?  Hörmətli kreslosu olub, işi olmayanlar, elə isə əsərinizə baxıb, qürur duya bilərsiz. 

Ürfan Məmmədzadə

Son yazılar

To Top