big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Qəbələ”nin yeniləri

03.02.2015 , 08:45

2015-ci ilin ilk rəsmi oyunu “Qəbələ” üçün 6 debütlə əlamətdar olub.

Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, AzərbaycanPremyer Liqasının19-cu turunun “Bakı” ilə səfər oyunu baş məşqçi Roman Qriqorçuk və 5 futbolçu üçün komandada ilk matç kimi tarixə düşüb.

Debütünü2:0 hesablı qələbə iləqeyd edən ukraynalı mütəxəssis “qırmızı-qaralar”ı rəsmi oyunlara çıxaran 9-cu məşqçi olub. Onadək Ramiz Məmmədov 139, ingiltərəli Toni Adams 47, Faiq Cabbarov 44, rusiyalı Yuri Syomin 42, türkiyəli Fatih Kavlak 27, rumıniyalı Dorinel Muntyanu 16, ispaniyalı Luis Araqon 6, Sənan Qurbanov 3 görüşdə komandanın “sükanı arxasında” olub Bu siyahıda 6-cı legioner olan Qriqorçuk “Qəbələ”də ilk ukraynalı çalışdırıcıdır.

Start heyətində meydana çıxan Rəşad Sadiqov, ukraynalılar Dmitri Bezotosnı, Aleksey Qay və Ruslan Fomin, qarşılaşmanın sonlarında debüt şansı qazanan belaruslu Mixail Sivakov ilk dəfə “qırmızı-qara” formanı geyiblər. Bu matçadək 10 illik tarixində 179 oyunçuya güvənən “Qəbələ”nin futbolçularının ümumi sayı 184-ə çatıb. Rəşad klub tarixində 96-cı yerli oyunçusudursa, əcnəbilərin sayı 88-ə çatıb. Paytaxtdakı görüşədək legionerlər 31 ölkəni təmsil edirdisə, Sivakov klub tarixinə ilk belaruslu kimi düşüb. Artıq 32 ölkənin təmsil olunduğu “qırmızı-qaralar”ın heyətindəki ukraynalıların sayı isə 9-a çatıb: Braziliya – 11, Ukrayna, Gürcüstan – hərəsi 9, Rusiya – 7, Serbiya, Rumıniya – hərəsi 6, Moldova, Hollandiya, Seneqal, Nigeriya – hərəyə 3, Bolqarıstan, Qvineya, Türkiyə, Sloveniya, Polşa, Portuqaliya – hərəsi 2, Argentina, Belarus, Bosniya və Herseqovina, İngiltərə, İran, Konqo, Latviya, Fil Dişi Sahili, Syerra Leone, Türkmənistan, Yamayka, Şotlandiya, Fransa, İsveçrə, Tacikistan, Slovakiya – hərəsi 1.

“Qəbələ”də ən çox oyun keçirən futbolçular arasında 9-cu olan Ürfan Abbasov yubiley – 80-ci matçını keçirib. 4 mövsümdür “qırmızı-qara” formanı geyən müdafiəçi Azərbaycan çempionatlarında 72, ölkə kubokunda 7, Avropa Liqasında 1 qarşılaşmada iştirak edib.

“Qəbələ”nin heyətində 4-cü dəfə penalti zərbəsini dəqiq yerinə yetirən Cavid Hüseynov komandanın heyətində ən çox 11 metrlik zərbə vuran 5 oyunçudan biridir: Kənan Kərimov – 8 (7 dəqiq), Leonardo da Silva – 5 (4), Samir Zərgərov – 5 (3), Cavid Hüseynov, Deon Barton – hər ikisi 4 (4). Ümumilikdə isə komanda 48 penaltidən 36-nı qola çevirə bilib.

Klub akademiyasının yetirməsi olan Elvin Camalov yubiley – 20-ci oyununda əsas klubun formasını geyib. Bu göstəricidə Tərzin Cahangirova çatan yarımmüdafiəçi akademiyanın yetirmələri arasında ən çox “qırmızı-qara” forma geyən Müşfiq Teymurovdan cəmi 1 matç geri qalır.

“Bakı”nın futbolçusu Vüqar Bəybalayev avtoqol müəllifi olub. Bu da “Qəbələ”nin tarixində 9-cü belə hadisədir. Onadək İlqar İbrahimov (“Şərur”), Osman Umarov (“Şahdağ-2”), Röyal Həsənov (“Viləş”), Natiq Qasımov (MOİK), Aleksandr Malıgin (“Simurq”), Alves Dos Santos, Şəhriyar Rəhimov, Laşa Kasiradze (hamısı AZAL) “qırmızı-qaralar”la görüşdə öz qapısına qol vurub.

Son yazılar

To Top