big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Qəbələ”də hər şey var, heç nə yoxdu (YAZI)

10.04.2014 , 23:49

İlk iki dövərədən sonra hamı “Qəbələ” haqqında ağızdolusu danışırdı. Axı komandanı lider “Qarabağ”dan cəmi bir xal ayırır və hər şey əla gedirdi.  Çoxları “Qəbələ”nin bu mövsüm, nəhayət ki, avrokuboklara vəsiqə qazanacağını düşündüyü halda, birdən-birə hər şey 180 dərəcə dəyişdi. Qış fasiləsindən sonra komandanın içinə sanki bomba atıldı. Ardıcıl məğlubiyyətlər, itirilən xallar komandanı çox geri saldı. Qışa qədər çempionluğa oynayan “Qəbələni” indi 4-cü yerdən 4 xal ayırır…

“Dinqonun ahırı”
Anadolu türklərinin tez-tez istifadə etdiyi bu ifadəni yəqin ki, eşitmisiniz. “Qəbələ”nin hazırkı durumunu bundan yaxşı ifadə edəcək söz tapa bilmədim. Heç kimə sirr deyil ki, “Qəbələ” rəhbərliyi məşqçi və futbolçulara hər cür şəraiti yaradıb, bir sözlərini iki etmir – başadüşüləndir. Axı Avropanın qaynar şəhər həyatına öyrəşmiş əcnəbiləri paytaxtda yox, əyalətdə top qovmağa razı salmaq o qədər də asan məsələ deyil. Bəs futbolçulara nə olub? Komanda “uğursuzluq zolağı”na düşəndən bəri papaqlarını qabaqlarına qoyub yaxşı-yaxşı fikirləşmək, nəticə çıxarıb çıxış yolu tapmaq əvəzinə, ağını çıxardılar, harınladılar. Hər fürsətdə cah-cəlal dolu həyatlarını nümayiş etdirən futbolçuların komanda çətin durumda ikən bu cür saymazyana hərəkətləri insanda istər-istəməz qıcıq yaradır. Subotiçin 18+ fotoları, Ebesilyo və Dodonun əlindəki “paçka-paçka” pullar buna sübutdur. Hələ mən Kamananın bəh-bəhlə kef-damaq dolu həyatından dəm vurmasını demirəm. Rəhbərlik “qulaqburması” vermədikcə onlar daha da “şişir”. Və bu da nəticəsi. Onlar “şişdikcə” “Qəbələ” çökür. Nə qədər ki, maaşlar kəsilməyəcək, intizamsızlıq edən futbolçular heyətdən kənarlaşdırılmayacaq bu “dəyirman hələ çox su aparacaq”.


Mənasız və lazımsız transferlər

Klublarımızın ən böyük səhvlərindən biri oyunçuları bu gününə yox, dünəninə baxaraq transfer etmələridir. Bu problem “Qəbələ”də özünü daha aydın göstərir. Qışa qədər hamı bu komandanın uğurlu transfer siyasətindən danışırdısa, hazırda vəziyyət tam fərqlidir. Yayda sabit və möhkəm heyət yığan Syomin komandanı sonradan Subotiçlə gücləndirdi ki, “Qəbələ”nin həmin vaxtlardakı uğurlu çıxışında serbin müstəsna rolu var idi. Amma qış fasiləsi dönəmində edilən gərəksiz transferlərin acısını komanda indi də çəkir. Məsələn, qışın soyuğunda Antalyada tər tökən Anar Nəzirovun əvəzinə, indi qapını həmin ərəfədə Bakının beşlduzlu otellərində kef çəkən Kamran Ağayev qoruyur. Və yaxud bir ilə yaxındır ayağına düz-əməlli top dəyməmiş Marat İzmayılov hələ ki, havayı yerə klubun pulunu sovurmaqdan başqa ciddi nəyləsə yadda qalmayıb. Yerqaşovla Santosun da kluba nə məqsədlə cəlb edildiyini anlamaqda çətinlik çəkirəm. Xülasə, Antalya toplanışı klubu gücləndirmək əvəzinə, olan-qalan sabitliyi də pozdu.

Yoxa hesab arxa xətt
Əslində, “Qəbələnin müdafiəsindəki problemlər hələ qışdan öncə də mövcud idi. Komandada Subotiç, Ebesilyo, Leonardo kimi oyunçuların fonunda müdafiə yox təsiri bağışlayırdı. Amma az öncə adını çəkdiyim futbolçuların məhsuldar oyunu sayəsində “çulu sudan çıxara bilirdilər”. Artıq bu oyunçuların da “dişsiz” qalması müdafiədəki problemləri tam aydınlığı ilə ortaya çıxarır. Yerqaşovla Santosun transferi ehtiyat oyunçular skamyasında say artımından başqa heç nəyə yaramadı. 

P.S. Bu problemlərin ən yaxın müddətdə həllini tapması vacibdir. Əks halda, Moskvadan “hay-hayla” gələn Pavloviç elə həmin “cığır”la da geri qayıtmalı olacaq.

Ürfan Məmmədzadə

Son yazılar

To Top