“Qəbələ”də 70-ci oyun
04.04.2022 , 19:30
Rövlan Muradov “Qəbələ”də 70-ci oyununu keçirib.
Korner.az xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Premyer Liqanın XXI turuna təsadüf edib. “Keşlə” ilə ev oyunu (1:1) klubumuzun yetirməsi üçün əsas komandada 70-ci matç olub.
24 yaşlı futbolçunun debütü 2018/19 mövsümündə gerçəkləşib. Muradov mövsümün son turunda – mayın 11-də səfərdə keçirilən “Sumqayıt”la görüşdə (0:1) meydana çıxıb.
Muradov indiyədək keçirdiyi 70 matçda 9 qola imza atıb. O, Premyer Liqada 61 (8 qol), kubokda 8 (1 qol), Avropa Liqasında 1 matçda iştirak edib.
Rövlan “Qəbələ”də 70 və ya daha çox matç keçirən 24-cü futbolçudur.