"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bu komandanı seçməsindən, Azərbaycandan danışıb.
Korner.az-ın məlumatına görə, ukrayna mətbuatına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ" Azərbaycanın ən yaxşı komandası olmaq istəyir. Komanda Çempionlar Liqasında oynamaq istəyir. Çempionlar Liqası mənim də arzumdur. Mən titullar qazanmağı arzulayıram. Burada məsələ heç də pulda deyil".