“Barselona”da mövsüm sonunda karyerasını bitirən Karles Puyolun yeni iş yeri məlum olub.
Korner.az-ın məlumatına görə, Puyol sentyabr ayından etibarən, klubun futbol şöbəsinə rəhbərlik edən Andoni Subisaretanın müavini postunu tutacaq.
Qeyd edək ki, uzun illərdir “Barselona”da top qovan oyunçu bu klubda işləyəcəyinə görə xoşbəxt olduğunu bildirib.