big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Pul qazananlar, qəpiyə güllə atanlar və “evdə yatanlar” (YAZI)

03.01.2015 , 16:50

Mövsümün ilk yarısı artıq başa çatdı. Çempionatımızda ənənəvi 1 aylıq qış fasiləsidir. Təbii ki, klublarımız bu müddət ərzində boş dayanmaq niyyətində deyillər və hər kəs “öz əlimiz, öz başımız” prinsipinə uyaraq ikinci dövrəyə maksimum səviyyədə hazırlaşmağa çalışırlar. Böyük ehtimalla,  9 klubumzdan 6-sı ( “Neftçi”,  “Qarabağ”, “Simurq”, “Xəzər Lənkəran”, “İnter” və “Qəbələ) bu zaman zərfini ölkə xaricində, digər 3 klub (AZAL, “Sumqayıt”, “Bakı” isə “ayağını yorğanına görə uzadıb” Bakıda qalacaq.  Təlim-məşq toplanışları öncəsində komandaların hazırkı durumuna nəzər yetirmək pis olmazdı.

“Qarabağ”
Gələn: Yoxdu
Gedən: İnnosent Emeqara
Müqaviləsinin müddətini artıranlar: Çumbinyo, İbrahim Şehiç
 Bu fikrimə heç kim şübhə ilə yanaşmaz ki, hazırkı vəziyyətdə “Qarabağ”ın tam komplektləşdirilmiş heyəti var.  Lakin bu amil klub rəhbərliyində və məşqçilər heyətində arxayınlıq yaratmamalıdır!  Qurban Qurbanovun heyətlə bağlı seçim imkanları çox da zəngin deyil. Xüsusən də hücumçu mövqeyində.  Əslində, bu problemlər hələ avqustdan sonra ortaya çıxmışdı. Noyabrda Emeqaranın transferi bu yaraya məlhəm olmuşdusa, bu yaxınlarda o da  “köhlən atlar”dan ayrılıb.  Üstəlik, az da olsa, Ağdam klubunun Avroliqadakı mübarizəni davam etdirəcəyinə ümid var. Buna görə də, bir səviyyəli hücumçu transferi mütləqdir.

“Neftçi”
Gələn: Aqil Məmmədov (“Bakı”)
Gedən: Emil Balayev (“Ayntraxt” Frankfurt, Almaniya)
“Neftçi”nin də problemləri yetərincədir. Azarkeşlər baş məşqçi Arif Əsədovun fəaliyyətindən narazıdırlar. Bu mənada  ikinci dövrə Əsədov üçün böyük imtahandır. İlk baxlşdan heyət optimal təsir bağışlasa da, görünüşə aldanmayaq. Bu komandaya yeni nəfəs lazımdır.  “Neftçi”ni hazır maşın hesab edən, az xərc hesabına çempion olmağı hədəfləyən rəhbərlik bu fikirlərindən birdəfəlik çəkməlidir.  Burda da əsas narahatlıq doğuran məqam hücumçularla bağlıdır. Klubun bu mövsüm üçün PFL-ə sifariş etdiyi heyətdə 3 hücumçunun adı dərhal nəzərə çarpır: Ruslan Qurbanov, Nikolas Kanales və Ernest Nfor. Kanalesin komandaya qayıdışı uğursuz oldu, futbolçu əvvəlki formasından çox-çox uzaqdır və  çox güman ki, qışda göndəriləcək. Ruslan Qurbanov isə istedadlı olsa belə, hələ çox gəncdir. Qalır Ernest Nfor. Kamerunlu futbolçu stabil oyun nümayiş etdirmir, sanki “əhval-ruhiyyə adamı”dır. İlboyu ona güvənmək nə dərəcədə düzgündür?
Qeyd: Bu gün Rauf Əliyevlə müqavilə imzalandığı xəbəri yayılsa da, hələ ki rəsmi təsdiqlənməyib.

“Xəzər Lənkəran”
Gələn: Elbrus Məmmədov (baş məşqçi)
Gedənlər: Oğuz Çətin (baş məşqçi), Deyan Blajevski (“Vardar”, Makedoniya), Rəşad Sadiqov (“Qəbələ), Qalin İvanov, Elnur Abdullayev, Rauf Əliyev, Əfran İsmayılov, Aleksandr Şemonayev, Tieqo de Xesus
Bir çox legionerini və aparıcı futbolçularını göndərib gənclərə güvənəcəyini bəyan edən  lənkəranlılardan səs-küylü  transferlər gözləmək mənasızdır. Əlbəttə, klubumuzda gəncləşdirmə siyasətinin aparılması müsbət haldır və əslinə qalsa illərdir, milyonları havaya sovuran Lənkəran təmsilçisindən biz bunu tələb edirdik. Amma bunun qısa zaman ərzində aparılması fəlakətə gətirib çıxara bilər. Klubdan verilən məlumata görə, yalnız 3 legioner təlim-məşçq toplanışına aparılacaq: Sanko, Tomiç, Tounkara. Gəmi ləngər vurmağa başlayan kimi “dabanına tüpürüb qaçan” Rəşad Sadiqov, Elnur Abdullayev, Rauf Əliyev və Əfran İsmayılovla nisbətdə klubda qalmaq naminə maaşının azaldılmasına razı olan Rasim Ramaldanovun hərəkəti alqışalayiqdir.

“İnter”
Gələn: Əfran İsmayılov (“Xəzər Lənkəran”)
Gedən: Yoxdu
Klub az pul hesabına yetərincə yaxşı və stabil heyət formalaşdıra bilib. Lakin narahatlıq doğuran bir məqam var. Bu heyətin əsas memarı Kaxaber Sxadadze iyuna qədər həm “İnter”də, həm də Gürcüstan millisində, iyundan sonra yalnız öz vətənində fəaliyyət göstərəcək. Düzdür, Tsxadadze  mənəvi keyfiyyətlərinə görə media mənsubları və azarkeşlər arasında sevilmir, dəfələrlə tərbiyəsizliyinin, yerlibazlığının şahidi olmuşuq. Amma bunu da etiraf etmək lazımdır ki, yetərincə yaxşı məşqçidir və ona verilən materialla edə biləcyinin ən yaxşısını etdi. Bu gedişin” İnter”ə böyük təsir edəcəyi məlumdur. Mən hətta onun onun “İnter”də qalan 6 ayı “yola verəcəyini” də istisna etmirəm.

“Qəbələ”
Gələnlər: Roman Qriqorçuk (baş məşqçi); Rəşad Sadiqov (“Xəzər Lənkəran”)
Gedənlər: Dorinel Muntyanu (baş məşqçi); Ruslan Abışov (“Rubin”, Rusiya. icarədən qayıdıb)
“Qəbələ” böyük dəyişikliklər ərəfəsindədir. Bu dəyişikliklərin nə qədər xeyirli olacağını isə fevraldan sonra görəcəyik. Qış fasiləsi ərəfəsində Roman Qriqorçuk klubda baş məşqç postunu rumın  Dorinel Muntyanudan təhvil aldı. Təbii ki, Qriqorçuk heyət və oyun sistemində öz fəlsəfəsinə uyğun dəyişikliklər edəcək. Ukraynalının ilk seçiminin “Xəzər Lənkəran”dan Rəşad Sadiqov olması təəccüb doğurmaya bilməz. Rəşad əvvəlki formasından çox uzaqdır. Çox maraqlıdır, Qriqoçuk onun nə oyununu görüb və ümumiyyətlə, görübmü? Bu keçiddən yalnız Rəşadın qazanacağı kimdəsə şübhə doğurur?

AZAL
Gələn: Yoxdu
Gedənlər: Adil Nağıyev, Təmkin Xəlilzadə, Asif Mirili, Tural Nərimanov, Tomi Kostadinov, Luis Ramos, Orxan Səfiyaroğlu, Con Kordoba
“Təyyarəçi”lər bu mövsüm  üçün ənənəni pozaraq təlim-məşq toplanışı ölkə xaricində keçirməkdən imtina edib. Klubun mətbuat katibi Eldəniz Yusifov qərarlarını belə izah edib ki, Bakıdada hazırlaşmaq üçün lazımi şərait var. Yoldaşlıq görüşlərindəki rəqiblər də artıq məlumdur. Komanda yanvarın 14-i, 20-si aralığında “Sumqayıt”la 2 dəfə üz-üzə gələcək. Həmçinin “Rəvan” və “Bakı” ilə də görüşlər nəzərdə tutulub.

“Simurq”
Gələn: Elnur Abdullayev (“Xəzər Lənkəran”)
Gedən: Lukas Tresnak
Müqaviləsinin müddətini artıranlar: Benjamin Lambot
Zaqatalalıların indiki vəziyyətdə uzun illərdir sürən tilsimi qırmaq üçün yaxşı şansları var. Qış fasiləsinə 4-cü pillədə yollanan “Simurq” uzun fasilədən sonra Avropa Liqasına vəsiqə qazana bilər. Bunun üçün baş məşqçi Georgi Çixradzeyə hər cür şərait yaradılıb. Komanda mövsüm başlayanda PFL-ə cəmi 3 hücumçu sifariş etmişdi. Bunlardan biri – Lukas Tresnak artıq klubdan ayrılıb. Oruc Balaşlı isə çox gəncdir. Ümid qalır Draqan Çerana. Serbiyalı yaxşı hücumçudur, buna söz yox, amma bütün yükü onun belinə qoymaq olmaz axı. Onun cəzalandığı dönəmdə zaqatalalıların necə pis vəziyyətə düşdüyünü xatırlatmaq kifayətdir.  Müdafiəyə də “əl gəzdirmək” pis olmazdı.

“Sumqayıt”
Gələn: Yoxdu
Gedənlər: Ramazan Abbasov, Fərid Quliyev, Tərlan Əhmədli (“Zirə”, icarəyə), Ceyhun Cavadov, Tagim Novruzov; Şəhriyar Xəlilov
Müqaviləsinin müddətini artıranlar: Bəxtiyar Həsənalızadə 

“Bakı”
Gələn: Yoxdu
Gedənlər: Aqil Məmmədov (“Neftçi”), Yure Travner (“Ridinq”, İngiltərə)

Ürfan Məmməd

Son yazılar

To Top