Yeni mövsüm üçün heyətini ulduz futbolçularla gücləndirən PSJ sən demə Madrid "Real"ının fransalı futbolçusu Kərim Benzemaya da təklif göndəribmiş.
Korner.az-ın məlumatına görə, Paris təmsilçisi forvardı Fransaya gətirmək istəyib. Lakin Benemanın İspaniyada qalmaq istəməsi, transferin baş tutmasına imkan verməyib. Fransa təmsilçisinin Benzemaya yenidən 35 milyon avroluq təklif göndərəcəyi yayılan xəbərlər arasındadır.
Qeyd edək ki, PSJ buna kimi heyətinə Zlatan İbrahimoviç, Tyao Silva, Lukas Moura və Lavezzi kimi ulduzları qatıb.
