Bu gün AFFA İcraiyyə Komitəsinin Azərbaycan millsinin baş məşqçisi vəzifəsinə rəsmən təyin etdiyi xorvatiyalı Robert Prosineçki ilə üç illik müqavilə imzalanıb.
Korner.az-ın məlumatına görə, bu haqda jurnalistlərə İcraiiyyə Komitəsinin üzvü İsgəndər Cavadov məlumat verib.
O qeyd edib ki, R.Prosineçkinin qarşısına bu seçmə mərhələ üçün hansısa vəzifə qoyulmayıb. “Əsas məqsəd növbəti seçmə mərhələdə uğur qazanmaqdır”.
İ.Cavadov müqaviləyə əsasən, R.Prosineçkinin Azərbaycanda bir ilinə 1 milyon 200 min avro qazanacağını da deyib: “Bu məbləğə onun özü ilə birgə gətirəcəyi üç əcnəbi məşqçinin əmək haqqı da daxildir”.
O deyib ki, sabiq məşqçi Berti Foqtsdan fərqli olaraq, Prosineçki millimizdə işlədiyi müddətdə əsasən, Azərbaycanda yaşayacaq.
qol.az
