big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Prosineçkinin kabab sevgisi və eşşək dağlayan

14.09.2015 , 12:18

Ötən həftə futbol aləmində yaddaqalan hadisələr oldu. Bir zamanlar dünyanın futbol meydanlarında xarüqələr yaradan Davor Şuker dəsmal götürüb, hönkür-hönkür ağladı. Elə ağladı, elə ağladı ki, Azərbaycanda da eşidildi. Doğrusu, çox mütəəssir oldum. Şuker hazırda Xorvatiya Futbol Federasiyasının prezidentidi. Yəni bizim Rövnəq Abdullayevdi. Xorvatiya yığması iki oyun uğursuz çıxış edən kimi Şuker baş məşqçini yığmadan qovdu. İndi məşqçi axtarır, tapa bilmir. Məsləhət görüblər ki, Azərbaycan yığmasının xorvat baş məşqçisi Robert Prosineçkini dəvət etsin. Elə ağlamağa da bu məsləhətdən sonra başalyıb. Deyib ki, Prosineçki Azərbaycanda kabab yeyir. Biz ona kabab yox, borş verə bilərik.

Deyirəm ki, ünlü futbolçu olmaqla deyil ki… Sən dünyanın adlı-sanlı klublarında oynaya bilərsən. Hətta Xorvatiya Futbol Federasiyasına da başçılıq edə bilərsən. Amma nə fayda… Yüz sənin kimi Şukerdənsə, Xorvatiyanın bircə Rövnəqi olsaydı, bəs edərdi. Xorvatiya Avropa çempionatının seçmə mərhələsində qrup liderliyini əldən verən baş məşqçini postundan qovur. Özü də borş yedirtdiyi baş məşqçini. Bizim federasiya rəsmiləri isə qrupda sondan üst pillədə qərarlaşan yığmanın baş məşqçisinin kabab yeyən dodaqlarından öpürlər.

Zatən, Prosineçki kababı bəyəndiyinə görə azərbaycanlıların sevimlisinə çevrildi. Nədən bilirəm kababı bəyənib? Azərbaycana gələndən çəkisi yalan olmasın, 20 kilo artıb. O Berti Foqts vardı ey, AFFA rəhbərliyi ha çalışdı, ona kababı bəyəndirə bilmədi. Zalım oğlu elə sosiska ilə pivəyə meyl etdi. 6 il Azərbaycanda qaldı, qarın bağlamadı ki, bağlamadı. Bu, bizim üçün həqarət, erməninin dəyirmanına su tökmək idi. Ona görə Azərbaycan xalqı ona daim nifrət bəslədi. Prosineçki isə başqa aləmdi.

Görəsən, Rövnəq Abdullayevin Şukerə yazığı gələr? Gəlsəydi, Zaqrebdə SOCAR-ın yanacaqdoldurma məntəqəsini açardı. Verərdi ona ki, gedib işləsin, özünə bir tikə çörək qazansın. Arada kabab da yeyərdi.

Kababdan söz düşmüşkən, ötən həftə Azərbaycanın futbol təsərrüfatından da tüstü çıxdı. Elə bildim ki, kabab bişirirlər. Öyrəndim ki, kabab-zad bişirən yoxmuş, Saleh Arslan eşşək dağlayırmış. Həmkarımızın eşşək dağlaması “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevi möhkəm qəzəbləndirib. Nöşün ki, ünlü yazıçımız heyvansevərdi. Daim heyvanların hüquqlarını qoruyur. Özü də bu yaxınlarda statistika komitəsi Azərbaycanda eşşəklərin sayının azaldığı barədə məlumat yaymışdı. Belə bir məqamda Saleh Arslanın eşşək dağlaması vətənə xəyanətdi. Ünlü yazıçımız haqlı olaraq Saleh Arslanı “milli xain” adlandırıb. Mən də Arslanı qınayıram, ar olsun deyirəm. Söz verirəm ki, bu “milli xain”in yazılarını bundan sonra oxumayacam.

Yeri gəlmişkən, ünlü yazıçımızın rəhbərlik etdiyi komanda çempionatın 4-cü turunda “Rəvan”a qalib gəlib. Bu möhtəşəm qələbə münasibətiylə Çingiz Abdullayevin kitablarının satıldığı ölkələrdən və “Pen-Klub” üzvlərindən yazıçıya milyonlarla təbrik məktubu gəlib. Saleh Arslan kimi “milli xain”in – eşşək dağlayanın acığına mən də bu təbriklərə qoşuluram. Təbrik edirəm, Çingiz müəllim!

Natiq Muxtarlı

komanda.az

Son yazılar

To Top