Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin komandalarımızın yanvar ayında Antalyada keçirəcəyi təlim – məşq toplanışlarını izləyəcəyi barədə sizə məlumat vemişdik.
Korner.az-ın məlumatına görə, artıq mütəxəssisin Türkiyəyə getmə vaxtı da dəqiqləşib.O, yanvarın 9-dan 24-dək olan müddətdə komandalarımızın heyətlərini izləməklə məğlul olacaq.
Qeyd edək ki, klublarımızın toplanışını AFFA klublar komitəsinin üzvləri də izləyəcəklər. Onların səfəri isə 14-24 yanvar tarixləri aralığında baş tutacaq.